Vyetnam və Azərbaycan arasında memorandum imzalanıb - FOTO

 Vyetnam və Azərbaycan arasında memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 04 iyul 2014 10:20 (UTC +04:00)

Bakı-APA. Bu gün Quba rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirliyi arasında idman sahəsində ikitərəfli Memorandum imzalanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imzalanma mərasimi nazir Azad Rəhimov və nazir Hoang Tuan Ahn arasında baş tutub.

Memoranduma nümayəndə heyətinin mübadiləsi, idman idarəçiliyi, idman təhsili, idman sahəsində texniki və proqram mübadiləsi daxildir.

Eyni zamanda milli idman federasiyaları, idman təşkilatları arasında birbaşa əlaqələrin qurulması və dəstəklənməsi və digər tədbirlər də memorandumun əsas istiqamətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR