Ötən iki ay ərzində Azərbaycan xam neft hasilatını 1% artırıb

Ötən iki ay ərzində Azərbaycan xam neft hasilatını 1% artırıb
# 14 mart 2015 10:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 2 215,1 mln. manat olmaqla əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini 5,4% üstələyib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən iki ay ərzində ölkədə 6 952,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin yanvar-fevral ayına nisbətən 0,8% çoxdur. Nəticədə bu ilin martın 1-nə 230,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun 6 943,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,6% çoxdur.

Ötən iki ay ərzində ölkədə 4 765,1 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 5,3% azdır. Bunun da 3 383,0 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da daha əvvəlki ilin iki ayı ilə müqayisədə 10,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR