Bolnisidə azərbaycanlının evi yanıb

Bolnisidə azərbaycanlının evi yanıb
# 09 iyul 2016 00:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. İyulun 8-də Bolnisi rayonunun azərbaycanlıların kompakt yaşadığı Saraçlı kəndində Eldar Qurbanova məxsus evdə yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğın baş verən zaman evdə ailə başçısı, onun həyat yoldaşı və nəvəsi olub. Ev sahibi E. Qurbanov yanğından xəsarət alıb və təcili xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatına təhlükə olmadığını bildiriblər. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər evi yanğından xilas edə bilməyiblər.

Hadisə yerinə Bolnisi rayon icra hakimiyyəti başçısının birinci müavini David Şerazadişvili, rayon polis idarəsinin əməkdaşları və kriminalistlər gəliblər. Yanğının başvermə səbəbləri araşdırılır.

Rayon rəhbərliyinin göstərişi ilə yanğından zərər görən ailəyə bələdiyyənin daimi komissiyasının qərarı ilə 10 min lari məbləğində maliyyə yardımı ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR