Bakı-2015: Azərbaycan atletindən dopinq tapılması tam təsdiqini tapmayıb

Bakı-2015: Azərbaycan atletindən dopinq tapılması tam təsdiqini tapmayıb
# 27 iyun 2015 13:21 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Albaniya millisinin boksçusu Reşildo Zenelinin ardınca Azərbaycan yığmasının atleti Çaltu Becinin orqanizmində qadağan olunmuş dərman preparatı aşkarlanıb.

Lakin Ümumdünya Antidopinq Agentliyinin (WADA) tərəfdaşlarından olan PWS şirkətinin mütəxəssisləri tərəfindən aparılan yoxlamada sidiyindən ostarin tapılan həbəşistanlı legionerin dopinqdə “ilişəcəyi” tam rəsmiləşməyib. Müvafiq qaydalara əsasən, Beci üçün B probu açılıb. Artıq bu səbəbdən komissiya da yaradılıb və yekun nəticə iyunun 29-da açıqlanacaq.

Bir sözlə, bu, hələlik atletin diskvalifikasiya olunması demək deyil. Çünki Becinin B testi də müsbət nəticələnərsə, onun barəsində sərt ölçü götürüləcək. Həmçinin, Çaltunun komandamızın heyətində yığdığı xallar ləğv olunacaq. 3000 m məsafəyə maneələrlə qaçmaqda 1-ci, 1500 m məsafəyə yürüşdə 8-ci yeri tutan 18 yaşlı milliləşdirilmiş legionerin nəticəsinin silinməsi isə millimizin mövqeyinə təsir etməyəcək. Buna səbəb komanda hesabında 5-ci olan ölkəmizin ən yaxın izləyicisindən 50 xal öndə olmasıdır.

Qeyd edək ki, Çaltunun nəticəsi hələlik Bakı-2015-in rəsmi saytında da ləğv olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR