Stavropolda ağır qəza nəticəsində 9 nəfər ölüb

Stavropolda ağır qəza nəticəsində 9 nəfər ölüb
# 07 avqust 2016 03:44 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Stavropol diyarında iki minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər ölüb.

APa-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə bölgə üzrə yol polisi idarəsindən bildirilib.

“Koçubey rayonu ərazisində gecə bir radələrində “Lada Priora” markalı minik avtomobili qarşı hərəkət zolağında çıxaraq “Ford Scorpio” markalı avtomobillə toqquşub. “Lada Priora”-da 5 nəfər, “Ford Scorpio”-da 4 nəfər olub. Avtomobillərdə olan şəxslərin hamısı hadisə yerində ölüb”, - deyə məlumatda bildirilir.

Yol polisindən həmçinin bildirilib ki, “Lada Priora” minik avtomobilinin 46 yaşlı sürücüsü əvvəllər 20 dəfədən çox yol hərəkəti qaydalarını pozub, sonuncu dəfə isə sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR