Şəmkirdə mağaza yanıb

Şəmkirdə mağaza yanıb
# 08 iyul 2015 13:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Şəmkirdə mağazada yanğın qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir şəhərində vətəndaşlara məxsus ümumi sahəsi 80 kvadratmetr olan tikinti materialları satışı mağazasının dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə, yaxınlıqda olan 2 saylı birmərtəbəli 6 otaqlı evin hamamında “SAMSUNG” markalı paltaryuyan, 4 saylı birmərtəbəli 4 otaqlı evin çöl divarında quraşdırılmış elektrik sayğacı, 5 saylı birmərtəbəli 4 otaqlı evin hamamında istilik qızdırıcısı, 25 saylı birmərtəbəli 5 otaqlı evin çöl divarına quraşdırılmış elektrik sayğacı və evə bitişik tikilmiş ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR