Nazirlik: Vergi cinayətlərinin sayı artıb

Nazirlik: Vergi cinayətlərinin sayı artıb
# 15 yanvar 2015 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş 1 024 material üzrə 971 cinayət işi başlanıb.

APA-Economics”in məlumatına görə, bunu “Vergilər” qəzetinə müsahibəsində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov bildirib.

Pnun sözlərinə görə, departament tərəfindən Cinayət Məcəlləsinin (CM) 213-cü maddəsi ilə (vergi ödəməkdən yayınma) 897 cinayət işi, 192-ci (Qanunsuz sahibkarlıq) və 213-cü maddələri ilə 46, 192-1.2-ci maddəsi ilə (Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi) 4, 192-ci maddəsi ilə 11, CM-in 205-1-ci maddəsi ilə (Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma) ilə 1, CM-in 162-1-ci maddəsi ilə (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) 6, 213-1-ci maddəsi ilə (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) 6, ümumilikdə 971 cinayət işi başlanaraq istintaqı davam etdirilib.

O qeyd edib ki, bu göstərici 2013-cü ilə nisbətdə 452 cinayət işi çoxdur: “Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərlə bağlı ötən il departamentin istintaq idarəsində 395 cinayət işi 125 nömrə altında birləşdirilərək ittiham aktları ilə məhkəməyə göndərilib. Bunlardan 72-si 2014-cü ildə, 31-i 2013-cü ildə, 22-si isə əvvəlki illərdə başlanmış cinayət işləridir. Ümumilikdə ötən il vergi hüquqpozmaları nəticəsində 134 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində 36 nəfər şübhəli şəxs qismində tutulub, 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”.

V. Məmmədov bildirib ki, departamentə daxil olmuş material və başlanmış cinayət işləri üzrə dövlət büdcəsinə dəymiş ziyan tam şəkildə ödənildiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə 340 prosessual qərar qəbul edilərək, materiallar üzrə cinayət işinin başlanması rədd edilib, başlanmış cinayət işləri üzrə icraata xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR