Xarkovda Azərbaycanın Fəxri Konsulluğu açılıb

Xarkovda Azərbaycanın Fəxri Konsulluğu açılıb
# 18 oktyabr 2014 14:35 (UTC +04:00)

Konsulluqdan APA – ya verilən məlumata görə, dünən baş tutan açılış mərasimində Ukraynanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, diaspora və media təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin dinamik inkişafından danışıb.

Prezident İlham Əliyevin ikitərəfli strateji əməkdaşlığın inkişafına xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir dövlət başçısının sərəncamı ilə Xarkov şəhərində açılan Azərbaycanın Fəxri Konsulluğunun Ukraynanın Dnepropetrovsk, Sumı, Çerniqov, Zaporojye və Poltava vilayətlərini əhatə etdiyini bildirib, Xarkov şəhərində Azərbaycanın fəxri konsulu təyin olunmuş tanınmış iş adamı, Sumı vilayətinin deputatı Əfqan Salmanova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fəxri Konsulluqda Ukraynanın Xarkov, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərində yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi üçün hüquqşünaslardan ibarət xüsusi qrup yaradıldığını diqqətə çatdıran Ə. Salmanov bu istiqamətdə prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və göstərişlərin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

İkitərəfli diplomatik münasibətlərin inkişaf dinamikasından bəhs edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov və Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Nikolayko isə fəxri konsulluğa gələcək fəaliyyətində uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR