Almaniya və Azərbaycan Xəzərdəki sualtı palçıq vulkanlarını birgə tədqiq edəcək

Almaniya və Azərbaycan Xəzərdəki sualtı palçıq vulkanlarını birgə tədqiq edəcək
# 11 aprel 2013 11:21 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin iyun ayından Almaniya və Azərbaycan ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorundakı sualtı palçıq vulkanlarının birgə tədqiqinə başlayacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib. Onun sözlərinə görə, iyun ayında almaniyalı mütəxəssislər sualtı palçıq vulkanlarını tədqiq etmək üçün ölkəyə gələcəklər. Tədqiqatları Almaniyanın GEOMAR təşkilatı aparacaq.

A. Əliyev deyib ki, indiyədək almaniyalı mütəxəssislər qurudakı bir neçə palçıq vulkanını öyrəniblər və nümunələr götürüblər. Həmin nümunələr analiz olunub. Dənizdəki palçıq vulkanlarının öyrənilməsi neft-qaz yataqlarının ehtiyatının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şöbə müdirinin sözlərinə görə, dünyanın 37 ölkəsində palçıq vulkanları var. Dünyada 2000 vulkan və vulkan təzahürləri var. Onun 350-si Azərbaycandadır. Onlardan 115-i Xəzərin Azərbaycan sektorundakı sualtı palçıq vulkanlarıdır. Ümumiyyətlə isə, Cənubi Xəzərdə 230 palçıq vulkanı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR