Pakistan prezidentinin Türkiyəyə 4 günlük səfəri başlayıb

Pakistan prezidentinin Türkiyəyə 4 günlük səfəri başlayıb
# 23 aprel 2015 08:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Pakistan prezidenti Hüseyn Məmnunun Türkiyəyə 4 günlük səfəri başlayıb.

APA-nın “Radio Pakistan”a istinadən verdiyi məlumata görə, H. Məmnun Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Səfər zamanı Pakistan prezidenti Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər, habelə regiondakı durum müzakirə olunacaq.

H. Məmnunun həmçinin Azərbaycan, Türkmənistan və Albaniya prezidentləri ilə görüşəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR