Əməliyyatdan sonra dünyasını dəyişən 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb

Əməliyyatdan sonra dünyasını dəyişən 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb
# 04 aprel 2015 10:53 (UTC +04:00)

Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov bildirib. Onun sözlərinə görə, həmin faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə "Loğman" klinikasında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Murad Qurbanzadə rayon ərazisində yerləşən “Loğman” klinikasında burun-boğaz əməliyyatı olunub. Uşaq əməliyyatdan bir həftə sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR