Əfqan İsayev: "Cənub Qaz Dəhlizi"nin maliyyələşdirilməsi üçün danışıqlar davam edir"

Əfqan İsayev: "Cənub Qaz Dəhlizi"nin maliyyələşdirilməsi üçün danışıqlar davam edir"
# 01 iyun 2016 13:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Cənub Qaz Dəhlizi" QSC eyniadlı layihənin reallaşdırılması üçün 1 mlrd. dollarlıq avrobond buraxmaq, o cümlədən Dünya Bankından 500 mln. dollarlıq kredit cəlb etmək niyyətindədir.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə QSC-nin rəhbəri Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, qiymətli kağızlar bu ilin sonunadək yerləşdiriləcək.

Ə. İsayev əlavə edib ki, vəsaitin cəlb olunması Asiya İnkişaf Bankı və Avropa yenidənqurma və İnkişaf Bankı ilə də danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR