Vanuatuda güclü qasırğa nəticəsində 44 nəfər ölüb

Vanuatuda güclü qasırğa nəticəsində 44 nəfər ölüb
# 14 mart 2015 02:10 (UTC +04:00)

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət Sakit okeanın cənubunda yerləşən ada ölkəsində 44 nəfərin həyatına son qoyub.

Avstraliya meteoroloji bürosunun məlumatına əsasən, güclü qasırğa Vanuatunun əksər hissəsində fəsadlar törədib. Qasırğanın yaratdığı küləyin sürəti 250 кm/saat təşkil edib. Bir çox kommunikasiya xətlərinin dağılması ərazini iflic vəziyyətə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR