ABŞ səfiri: “İdmanı müxtəlif xalqları bir araya gətirmək baxımından tәqdir edirik”

ABŞ səfiri: “İdmanı müxtəlif xalqları bir araya gətirmək baxımından tәqdir edirik”
# 02 iyun 2015 16:17 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. "I Avropa Oyunları öncәsi Bakıda hәr kәs çox böyük tikinti, quruculuq və abadlıq işlərinin şahidi olub".

APA-nın mәlumatına görә, bunu ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

"Biz bir ölkə olaraq idmanı müxtəlif insanları, müxtəlif xalqları bir araya gətirmək, dostluq mühiti yaratmaq baxımından tәqdir edirik. Hökumətimiz və şəxsən öz adımdan Bakı-2015-in bütün iştirakçılarına, o cümlədən azərbaycanlı idmançılara uğurlar arzu edirəm",- deyә sәfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR