Tərcümə Mərkəzində Şimali Avropa ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin rəhbəri ilə görüş keçirilib

Tərcümə Mərkəzində Şimali Avropa ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin rəhbəri ilə görüş keçirilib
# 28 aprel 2015 15:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları XXII Budapeşt Kitab Sərgisi çərçivəsində Şimali Avropa Ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin (Nordic Literature Promotion and Publising House) nümayəndələri ilə görüş keçiriblər.

Mərkəzdən APA-ya verilən məlumata görə, sözügedən qurum Danimarka, İslandiya, Finlandiya, Norveç və İsveç ədəbiyyatının dünya dillərinə, eləcə də dünya ədəbiyyatı nümunələrinin bu ölkələrin dillərinə çevrilərək yayımlanması üzrə fəaliyyət göstərir.

Görüşdə mərkəzin tərtib etdiyi “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın bu dillərə tərcüməsi və adıçəkilən ölkələrdə nəşri məsələləri müzakirə edilib. Tədbirdə təşkilatın nəşriyyat məsələləri üzrə rəhbəri Balasiz Bıtfan qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bölüşüb: “Təmsil etdiyimiz qurum Şərq və Azərbaycan ədəbiyyatı nümunələrinin bu xalqların dilinə tərcümə olunmasında maraqlıdır. Ölkənizdə bu sahə ilə məşğul olan Tərcümə Mərkəzi kimi dövlət qurumunun mövcudluğu təqdiredici haldır. İstərdik ki, mərkəzlə əməkdaşlığımız daimi olsun, qarşılıqlı təşkilatlar öz ədəbiyyatının tərcümə və nəşr prosesində əlaqələndirici, həm də idarəedici qurum rolunu oynasın”.

Görüş zamanı İsveç yazıçısı, “StorySide” nəşr şirkətinin rəhbəri Kamilla Qrebe bildirib ki, kitabların qarşılıqlı tərcüməsi və tanıdılması xalqlar və ölkələr arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR