Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
# 22 iyul 2015 09:32 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Ağdam rayonunun Göytəpə kəndindən məcburi köçkün Həsənov Mübariz Ramiz oğlu idarəetməni itirərək yoldan çıxan "VAZ- 21099" markalı minik maşını tərəfindən vurulub. M. Həsənov hadisə yerində dünyasını dəyişib. Yoldan çıxan nəqliyyat vasitəsi daha sonra yol kənarındakı hasardan keçərək həyətdəki yardımçı tikiliyə çırpılıb. Sürücü ağır xəsarətlərlə xəstəxana çatdırılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR