Qubada evdə yanğın olub

Qubada evdə yanğın olub
# 05 aprel 2015 11:28 (UTC +04:00)

Bakı - APA. Quba rayonunun Gədikqışlaq kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 4 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR