Səhiyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunub

Səhiyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunub
# 08 iyun 2016 07:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Apellyasiya Məhkəməsində Səhiyyə Nazirliyinin şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.

Qeyd edək ki, bir müddət əvvəl "V Dent" MMC nazirliyə qarşı borcun silinməsi və tələbin əsassız hesab edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Nazirlik isə həmin qərardan şikayət verərək qərarın ləğvini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR