Ay yarım öncə partlayışda yaralanan Füzuli sakini ölüb

Ay yarım öncə partlayışda yaralanan Füzuli sakini ölüb
# 13 mart 2015 10:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ay yarım öncə evində baş verən partlayış zamanı xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 28-də Füzuli rayonunda evində qaz sızması nəticəsində baş vermiş partlayış zamanı xəsarət alan Mahir Quliyev martın 11-də xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR