Azərbaycanla Əlcəzairin neft-qaz sahəsində əlaqələri genişləndirir - FOTO

Azərbaycanla Əlcəzairin neft-qaz sahəsində əlaqələri genişləndirir - <span style="color: red;">FOTO
# 22 aprel 2015 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Əlcəzair Energetika Nazirliyinin baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev nümayəndə heyətinin üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə edib, səfərin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini bildirib.

SOCAR prezidenti Azərbaycanın dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini, neft hasilatı, emalı və nəqli sahəsində bir sıra yeniliklərin ilk dəfə məhz ölkəmizdə tətbiq olunduğunu qonaqların diqqətinə çatdırıb, ölkədə davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal layihələr, o cümlədən Cənub Qaz dəhlizi və digər qaz layihələri haqqında onlara ətraflı məlumat vermiş, bu layihələrdə əsas rol oynayan SOCAR-ın fəaliyyət istiqamətlərindən danışıb. Qısa müddətdə şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sisteminin yaradıldığını və bu sistemin böyük imkanlara malik olduğunu vurğulayan R. Abdullayev Azərbaycanın bütün neft-qaz ölkələri ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Ə. Messili bildirib ki, Bakıya səfərlərində məqsəd iki ölkənin dövlət neft şirkətləri arasında münasibətlərin yaradılması və dərinləşdirilməsindən ibarətdir. O, Əlcəzairin 50 ilə yaxındır Avropa bazarlarına enerji daşıyıcıları ixrac etdiyini bildirib, ölkənin neft-qaz sektoru, “Sonatrach” şirkətinin fəaliyyəti haqqında məlumat verib. Azərbaycanın enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını deyən qonaq əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

SOCAR prezidenti öz növbəsində qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada xarici şirkətlərin investisiyalarının qorunmasına tam təminat verilir. R. Abdullayev SOCAR-ın əməkdaşlığa açıq şirkət olduğunu, xarici şirkətlərlə əməkdaşlıq sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb. Bildirib ki, Əlcəzair şirkətləri ilə əməkdaşlıq üçün geniş perspektivlər var. O, qarşılıqlı imkanların öyrənilməli və təhlil edilməli, əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməli olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR