Belarus Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlıdır

Belarus Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlıdır
# 20 sentyabr 2014 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçlə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ölkələr arasında münasibətlərin dinamik inkişafına toxunan Ə. Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində rabitə və yüksək texnologiyalar istiqamətinin də xüsusi əhəmiyyət daşıdığını, bu sahədə qarşılıqlı marağın olduğunu önə çəkib.

Ölkələr arasında bütün sahələrdə strateji və dostluq münasibətlərinin formalaşdığını qeyd edən N. Paskeviç rabitə və yüksək texnologiyalar sahəsində də mövcud əməkdaşlığın yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.

Azərbaycanın iqtisadi imkanlarının yüksək texnologiyalar sahəsini daha da inkişaf etdirməyə imkan verdiyini deyən diplomat bu sahədə Belarusun öz təcrübəsini paylaşmaqda, xüsusən ölkəsində fəaliyyət göstərən yüksək texnoparkların Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda Belarus şirkətlərinin ölkəmizdə kosmik sənayenin inkişafında iştirak etmək niyyətində olduğunu bildirib.

Diplomat ölkəsini təmsil edən şirkətlərin bu ilin dekabrın 2-5-də keçiriləcək “Bakutel-2014”-ə qatılacaqlarını və burada öz məhsul və xidmətlərini nümayiş etdirəcəklərini də diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR