Azərbaycanda keçiriləcək ikinci sınaq imtahanına yazılış başlayıb

Azərbaycanda keçiriləcək ikinci sınaq imtahanına yazılış başlayıb
# 17 mart 2015 07:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Azərbaycanda keçiriləcək ikinci sınaq imtahanına yazılış başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, aprelin 12-də TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar. Ətraflı məlumat üçün http://eservices.tqdk.gov.az/sinaq/ linkinə daxil olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR