Bakı-2015: Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Macarıstana uduzub

Bakı-2015: Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Macarıstana uduzub
# 28 iyun 2015 10:06 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı-2015 I Avropa Oyunlarının son günündə Azərbaycanın çimərlik futbolu üzrə milli komandası qrup mərhələsində hər 3 qarşılaşmada uduzub.

Apasport.az saytının məlumatına görə, yığmamız həlledici gündə 7-ci yer uğrunda matçda qüvvəsini sınayıb.

Komandamız Macarıstanla görüşüb. Futbolçularımız 2:3 hesabı ilə uduzaraq, ardıcıl 4-cü məğlubiyyətlə yarışı 8-ci pillədə başa vurub. Çempionluğun taleyi Rusiya ilə İtaliya arasında qarşılaşmada həll olunacaq. Bürünc medal üçün isə İsveçrə ilə Portuqaliya görüşəcək.

Qeyd edək ki, yarışların son günündə Azərbaycan yalnız bir idman növündə təmsil olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR