Astara sakini yük maşınından yıxılaraq ağır xəsarət alıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.
Arı pətəklərini yük maşını ilə aran zonasına aparan zaman kənd sakini, 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
E. Şabanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Açıq kəllə-beyin travması alan E. Şabanovun vəziyyəti ağır olduğundan Bakıdan həkim çağırılıb.
Faktla bağlı araşdırma aparılır.