“Siemens” TAP-ın elan etdiyi tenderin qalibi olub

“Siemens” TAP-ın elan etdiyi tenderin qalibi olub
# 20 iyul 2016 14:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Siemens” şirkəti Trans Adriatik Boru Kəməri konsorsiumunu (TAP) kompressor qatarlarla təmin edəcək. “APA-Economics” xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb.

Bildirilir ki, şirkət TAP-ın bununla bağlı elan verdiyi tenderin qalibi olub.

Belə ki, “Siemens” şirkəti TAP-ın Yunanıstan və Albaniyada boru kəməri stansiyaları üçün altı ədəd qaz kompressor qatarı təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR