Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Siemens” şirkəti Trans Adriatik Boru Kəməri konsorsiumunu (TAP) kompressor qatarlarla təmin edəcək. “APA-Economics” xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb.
Bildirilir ki, şirkət TAP-ın bununla bağlı elan verdiyi tenderin qalibi olub.
Belə ki, “Siemens” şirkəti TAP-ın Yunanıstan və Albaniyada boru kəməri stansiyaları üçün altı ədəd qaz kompressor qatarı təşkil edəcək.