Milli Dram Teatrının direktoru İsrafil İsrafilov “Ən yaxşı tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub - FOTO

Milli Dram Teatrının direktoru İsrafil İsrafilov “Ən yaxşı tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub  - <span style="color: red;">FOTO
# 03 iyul 2015 14:25 (UTC +04:00)

APA-nın məlumatına görə, teatrda keçirilən mərasimdə qızıl medal İ.İsrafilova təqdim olunub.

Mətbuat Evinin baş direktoru Şöhrət Səlimbəyli bildirib ki, qızıl medal elm və incəsənət xadimlərinə öz sahələrində göstərdiyi xidmətlərə görə təqdim olunur: “İsrafil İsrafilovun Azərbaycanın teatr və mədəniyyət xadimləri haqqındakı kitabları bu medalı müəllifə təqdim etməyə əsas verir. İsrafil müəllimin həm pedaqoji, həm də tədris sahəsində olan tədqiqatları bizə əsas verdi ki, onun zəhmətini mükafatlandıraq”.

Tədbirdə çıxış edən “Avropa nəşr” Mətbuat Evinin nümayəndəsi Babək Qurbanov, xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, xalq artisti Ramiz Novruz və başqaları İ. İsrafilovun tədqiqat işləri və teatr yaradıcılığı sahəsindəki xidmətlərindən danışıblar.

İ. İsrafilov “Ən yaxşı tədqiqatçı alim” qızıl medalını ona təqdim etdiklərinə görə Mətbuat Evinin rəhbərliyinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR