Səməd Seyidov: "Ermənilərin AŞPA-da saxta "soyqırım"la bağlı cəhdləri uğursuzluğa düçar olacaq"

Səməd Seyidov: "Ermənilərin AŞPA-da saxta "soyqırım"la bağlı cəhdləri uğursuzluğa düçar olacaq"
# 10 aprel 2015 14:46 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Əvvəllər də bu istiqamətdə cəhdlərin olduğunu söyləyən S. Seyidov bütün hallarda ermənilərin növbəti cəhdinin də uğursuz olacağını, artıq Avropada ermənilərin bu cəfəngiyatına inamın itdiyini bildirib: “Bu günlərdə Avropa İnsan Haqları Məhkəməsində İsveçrə vətəndaşının müraciətinə baxılması hər şeyi aydın şəkildə ortaya qoydu. Hadisənin məğzi ondan ibarətdir ki, İsveçrədə "erməni soyqırımı"nı inkar etməyə görə cəza alan bir nəfər AİHM-ə şikayət edib. Məhkəmə bu vətəndaşın hüququnu müdafiə etdi və birmənalı qərar çıxardı ki, tarixi hadisəni hüquqi müstəviyə çıxararaq buna görə kimisə cəzalandırmaq doğru deyil. Bu hadisə artıq Avropa sakinləri üçün bir açılım oldu ki, ermənilərin söylədikləri cəfəngiyatın əsası yoxdur”.

S. Seyidovun sözlərinə görə, AŞPA-nın yaz sessiyasında ermənilərin bununla bağlı hansısa uğur əldə edəcəyi gözlənilmir: “Maksimum hansısa toplantıya nail ola bilərlər ki, bu da təsirsiz olacaq”.

Xatırladaq ki, AŞPA-nın yaz sessiyası 22-24 apreldə keçiriləcək. Ermənilərin saxta “soyqırım”ının 100 illiyi isə aprelin 24-nə təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR