İran XİN: ABŞ sanksiyaları ləğv etməyincə, İran “altılıq”la razılığa gəlməyəcək

İran XİN: ABŞ sanksiyaları ləğv etməyincə, İran “altılıq”la razılığa gəlməyəcək
# 08 iyul 2015 11:31 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. “ABŞ Tehrana qarşı sanksiya siyasətindən vaz keçməyənədək İranla “altılıq” ölkələri razılığa gələ bilməyəcək”.


APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu İran xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.


“ABŞ sanksiya siyasətini ləğv etmədən İranla razılığa gəlmək istəyir. Halbuki Lozanna və Cenevrədə "altılıq" ölkələri ilə əldə olunan razılaşmaya əsasən hərtərəfli razılaşma əldə olunacağı təqdirdə, sanksiyalar tam ləğv edilməlidir. Biz hazırda sazişin hazırlanması ilə bağlı çox həssas bir mərhələdəyik. Çalışırıq ki, tərəflərin mövqelərini yaxınlaşdıraq və razılaşmaya nail olaq”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR