“Normand dördlüyü” XİN rəhbərləri aprelin 13-də Berlində görüşəcəklər

“Normand dördlüyü” XİN rəhbərləri aprelin 13-də Berlində görüşəcəklər
# 08 aprel 2015 18:49 (UTC +04:00)

Bakı-APA. “Normand dördlüyü” XİN rəhbərlərinin növbəti görüşü aprelin 13-də Berlində keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib.

“Normand formatında görüş gələn bazar ertəsi axşam saatlarında Berlində baş tutacaq”, deyə Fabius Ukraynanın xarici işlər naziri Pavel Klimkin ilə görüşdən sonra bldirib.

Bundan əvvəl Ukrayna, Rusiya, Almaniya və Fransa xarici işlər nazirlərinin növbəti görüşündə Donbasa sülhməramlı qüvvələrin yeridilməsi məsələsinin müzakirə ediləcəyi barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR