AVRO-2016: İspaniya millisi özünə aid rekordu yeniləyib

AVRO-2016: İspaniya millisi özünə aid rekordu yeniləyib
# 18 iyun 2016 01:48 (UTC +04:00)

Bakı-APA. Avropa çempionatının qrup mərhələsində Türkiyə ilə qarşılaşan İspaniya millisi özünün rekordunu yeniləyib.

APA-nın məlumatına görə, ispanlar ardıcıl 7 oyundur ki, Avropa çempionatlarının final mərhələsində qapılarında top görmürlər.

Visente del Boskenin yetirmələri son dəfə 2012-ci il, iyunun 10-da Avropa çempionatının qrup mərhələsinin İspaniya – İtaliya matçında qol buraxıblar. Həmin matç 1-1 hesabı ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR