Hollandiya Braziliyaya qalib gələrək, DÇ-nin bürünc medallarını qazanıb - VİDEO

Hollandiya Braziliyaya qalib gələrək, DÇ-nin bürünc medallarını qazanıb - <span style="color: red;">VİDEO
# 13 iyul 2014 00:27 (UTC +04:00)

APA-nın “Apasport.az” saytına istinadən verdiyi xəbərə görə, üçüncü yer uğrunda görüşdə meydan sahibləri Hollandiya ilə qarşılaşıblar.

Yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra Braziliyanın bu qarşılaşmadan qalib ayrılıb, bürünc medala sahib çıxmaqla günahını qismən yuyacağı gözlənilsə də, hər şey əksinə olub. Qapısında erkən qol görən “samba”çıları “narıncılar” fasiləyədək daha bir dəfə cəzalandırıb.

Əvvəlcə 2-ci dəqiqədə penaltidən van Persi, 15 dəqiqə sonra isə Blindin zərbəsi dəqiq olub. Braziliyalıların ikinci yarıda buraxılan qolların əvəzini çıxmaq cəhdi isə heç bir fayda verməyib. Əvəzində matçın əsas vaxtına əlavə edilmiş birinci dəqiqəsində Veynaldum hollandların üçüncü qolunu vurub.

Bununla ardıcıl 2 oyunda 10 qol buraxan Braziliya “bürünc”ü də əldən verib. Hollandiya millisi isə okeanın o tayından vətənə medalla qayıdır.

DÇ-2014


III yer uğrunda oyun


Braziliya – Hollandiya - 0:3
Qollar: Van Persi, 2 (pen); Blind, 17; Veynaldum, 90+1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR