Türkiyənin baş naziri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin baş naziri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
# 19 sentyabr 2014 08:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

APA-nın məlumatına görə, Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Ə. Davudoğlu sentyabrın 19-da Şəhidlər xiyabanında da olub.

Baş nazir şəhidlərin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Türkiyənin Baş naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Baş nazir Əhməd Davudoğlu xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR