Sergey Şoyqu: “Qərb Asiya və Latın Amerikası ölkələrini də anti-Rusiya kampaniyasına qoşmağa cəhd edir”

Sergey Şoyqu: “Qərb Asiya və Latın Amerikası ölkələrini də anti-Rusiya kampaniyasına qoşmağa cəhd edir”
# 16 aprel 2015 11:47 (UTC +04:00)

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Moskvada keçirilən IV Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

S. Şoyqu bildirib ki, NATO ölkələrinin keçirdikləri təlimlərin coğrafi məkanı onların Rusiyanın əleyhinə yönəldiyini göstərir: “Bir sıra Qərb ölkələri Asiya və Latın Amerikası ölkələrini də anti-Rusiya kampaniyasına qoşmağa cəhd edir. Onlar Rusiyanı təcrid etmək məqsədi güdürlər. Avropa ölkələrinin KİV-ində Rusiya hərbi təhlükəsinin mövcudluğu barədə yalan informasiyalar yayılır, NATO-nun bu təhlükəyə reaksiyasının gərəkdiyi vurğulanır.

Bütün izolyasiyalara, Qərb ölkələrinin liderlərinin müstəqil siyasət yürütməyimizə və həmvətənlərimizi dəstəklədiyimizə görə bizi “cəzalandırma”sına baxmayaraq digər ölkələrlə əlaqələrini kəsmək niyyətində deyilik. Bütün dünyadan, Avropa, Asiya və Latın Amerikasından olan tərəfdaşlarımızla qarşılıqlı əlaqələri genişləndirməyə hazırıq. Özümüzə qapanmaq niyyətində deyilik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR