Ukraynada keçmiş nazir 17 milyon dollar israf etməkdə təqsirləndirilir

Ukraynada keçmiş nazir 17 milyon dollar israf etməkdə təqsirləndirilir
# 30 sentyabr 2014 23:50 (UTC +04:00)

Bakı-APA. Ukrayna Baş Prokurorluğu keçmiş maliyyə nazirini 220 mln qrivna (təxminən 17 mln dollar) məbləğində büdcə vəsaitini israf etməkdə təqsirləndirir. APA-nın məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında bildirilir.

“Sabiq nazir digər yüksək vəzifəli şəxslərlə cinayətkar sövdələşməyə girərək “Ukrtelekom” ASC-nin səhm paketinin satışı üzrə müsabiqənin keçirilmə şərtlərini pozmaqla Ukrayna dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanmasını təşkil edib və onu Nazirlər Kabinetinə təqdim edib”, deyə məlumatda bildirilir.

İstintaq hesab edir ki, bu əməl xüsusi təyinatlı telekommunikasiya şəbəkəsinin yaradılması məqsədilə dövlət hesabına lazımi avadanlığın alınması üçün büdcədən 220 mln qrivnanın ayrılması ilə nəticələnib.

Fakt üzrə Ukraynanın keçmiş maliyyə naziri Yuri Kolobov barəsində “Hakimiyyətdən və ya xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsi üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR