Baş Prokuror Astara rayonunda vətəndaşların qəbulunu keçirəcək

Baş Prokuror Astara rayonunda vətəndaşların qəbulunu keçirəcək
# 07 iyul 2014 09:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş Prokuror Zakir Qaralov Astara rayonunda vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul iyulun 18-də saat 11:00-da Astara rayon Prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.


Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR