Azərbaycan prezidenti Fələstin prezidentini təbrik edib

Azərbaycan prezidenti Fələstin prezidentini təbrik edib
# 14 noyabr 2014 20:06 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: "Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR