Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
# 13 mart 2015 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Rzayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə T. Rzayeva 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tahirə Rzayeva bir neçə şəxsin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb və geri qaytarmayıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR