Nəqliyyat Nazirliyi İlk Avropa Oyunlarına hazırlıq çərçivəsində 2 min sürücünü treninqlərə cəlb edib

Nəqliyyat Nazirliyi İlk Avropa Oyunlarına hazırlıq çərçivəsində 2 min sürücünü treninqlərə cəlb edib
# 10 aprel 2015 20:23 (UTC +04:00)

Bakı - APA-Economics. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin qarşısında qoyulan vəzifələrin icrası üçün zəruri işlər görülür.

APA-Economics” xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

“İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırılıb. Hazırda prospektin və Bakı dairəvi-1 yolunun intellektual nəqliyyat sisteminə qoşulması istiqamətində işlər aparılır. Milli Gimnastika Arenasının, Bakı Kristal Zalının, veloparkın, Tofiq Bəhramov adına Respublika stadionunun, beynəlxalq yayım mərkəzi kimi istifadə olunacaq Bakı Ekspo Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə gətirilib”, - deyə Z. Məmmədov bildirib.

Nazir qeyd edib edib ki, məşəl proqramına əsasən Bakının Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrində təmir-yenidənqurma işləri bu ayın 15-dək başa çatdırılacaq.

“Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yolun və yol üzərində 2 cərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda körpünün tikintisi may ayında yekunlaşacaq”, - deyə qurum rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalında, Atletlər kəndinin yaxınlığında avtobus meydançasının, Media kəndində nəqliyyat terminalının, o cümlədən Avropa Oyunları parkının və digər yarış obyektlərinin giriş-çıxış yollarında aparılan işlər tamamlanmaq üzrədir.

“Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq, 800 nəfər avtobus sürücüsü, 1200 nəfər taksi və minik avtomobili sürücüsü depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq nəzəri treninqlərə cəlb edilib. Qonaqlara yüksək səviyyədə xidmət göstərmək üçün 650 ədəd yeni taksi və minik avtomobilləri alınıb”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR