Azərbaycan XİN rəhbəri Dövlətlərarası Aviasiya Komitəsinin sədrini qəbul edib

Azərbaycan XİN rəhbəri Dövlətlərarası Aviasiya Komitəsinin sədrini qəbul edib
# 23 iyul 2015 15:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında bağlanmış sazişin dekabrın 30-da Milli Məclis tərəfindən ratifikasiyası edildiyini və Şuranın Bakıda fəaliyyətə başladığını bildirib.


T. Anodina isə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərində peşəkar fəaliyyəti üçün yaradılmış fəaliyyətə görə təşəkkürünü ifadə edib. O həmçinin Azərbaycanın hava nəqliyyatı infrastrukturunun inkişafı və dövlət tərəfindən bu sahəyə göstərilən qayğını qeyd edib.

Görüşdə Dövlətlərarası Aviasiya Komitəsi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR