Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb
# 02 oktyabr 2015 14:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki AVRO-2016-nın seçmə mərhələsinin son iki oyununa 21 futbolçu dəvət edib.

Xorvatiyalı mütəxəssis oktyabrın 10-da İtaliya ilə ev, 13-də isə Bolqarıstanla səfər görüşündə 21 oyunçuya güvənəcək. Topaz Premyer Liqasının VII turunun qarşılaşmalarını izləyəcək mütəxəssisin heyətdə müəyyən dəyişiklik etməsi isə istisna deyil.

Açıqlanan 21 futbolçudan ibarət heyət isə sentyabrdakı ilə müqayisədə müəyyən dəyişikliklərə məruz qalıb.

Belə ki, Xorvatiya və Malta ilə qarşılaşmalara dəvət almayan Anar Nəzirov, Maksim Medvedev və Tuğrul Erat qısa fasilədən sonra heyətə dönüb. Nəzirov 2015-ci ildə, yəni Prosineçki dönəmində ilk dəfə dəvət alıbsa, iyunda yığmaya çağırılan Erat sonradan heyətdən çıxarılmışdı. Zədə üzündən son matçları buraxan Maksim isə yığmamızın daimi üzvlərindəndi.

Əvəzində ötən ay siyahıda yer alan Aqil Məmmədov, Araz Abdullayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Camalov, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Nurlan Novruzov, Səlahət Ağayev, Rauf Əliyev, Seymur Əsədov, Vüqar Nadirov və Ürfan Abbasov bu dəfə baş məşqçiyə lazım olmayıb.

Düzdü, bu 13 oyunçudan bəziləri ilkin siyahıda olsa da sonradan oradan çıxarılmışdı. Bunlar Nurlan, Ürfan, Seymur v ə Elvindi. Həmin vaxt siyahıdan çıxarılanlardan Rəhman Hacıyev isə yenə Prosineçkidən dəvət alıb.

Qapıçılar: Kamran Ağayev (“Karşiyaka”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Anar Nəzirov (“Zirə”)

Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov,

Rəşad Sadıqov (hamısı “Qarabağ”), Arif Daşdəmirov, Ruslan Abışov (hər ikisi “Qəbələ”), Pavel Paşayev (“Metallurq”, Zaporojye, Ukrayna)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov (“Qəbələ”), Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev (“Neftçi”), Tuğrul Erat (“Fortuna”, Dusseldorf, Almaniya), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

Hücumçular: Elnur Cəfərov (“Xəzər Lənkəran”), Eddi İsrafilov (“Eybar”, İspaniya), Ruslan Qurbanov (“Neftçi”).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR