Xırdalanda 12 mərtəbəli yaşayış binasında yanğın olub, 30 sakin təxliyə olunub

Xırdalanda 12 mərtəbəli yaşayış binasında yanğın olub, 30 sakin təxliyə olunub
# 20 dekabr 2014 21:16 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Xırdalan şəhərində 12 mərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 250 p.m yanıb. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR