Yunanıstanın borcu ilə bağlı danışıqlarda razılıq əldə olunmayıb

Yunanıstanın borcu ilə bağlı danışıqlarda razılıq əldə olunmayıb
# 25 iyun 2015 00:21 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın borc böhranı ilə əlaqədar Avroqrupun Brüsseldə keçirdiyi görüşdə heç bir nəticə əldə olunmayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avrozonaya daxil olan ölkələrin nazirlər səviyyəsindəki görüşündən sonra bildirilib.

“Razılıq əldə olunmayıb. Məsələ ilə bağlı iyunun 25-də Avroqrupun növbəti toplantısı baş tutacaq”, sənəddə deyilir. Görüşdə həmçinin Avropa İttifaqına üzv dövlət və hökumət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Yunanıstan iyunun sonunadək Beynəlxalq Valyuta Fonduna 1.1 milyard avroluq borcu qaytarmadığı təqdirdə defolt vəziyyətinə düşə bilər.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası və Avropa Mərkəzi Bankı ilə Yunanıstan arasında danışıqlar 5 aydır ki, davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR