Dünya bazarında qızıl 8 dollaradək ucuzlaşıb

Dünya bazarında qızıl 8 dollaradək ucuzlaşıb
# 30 aprel 2015 06:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,41% - 18 035,53 bəndədək, S&P 500 0,37% - 2 106,85 bəndədək, NASDAQ 0,63% - 5 023,65 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,20% - 6 946,28 bəndədək, Fransa CAC-40-ı 2,59% - 5 039,39 bəndədək, Almaniya DAX-ı 3,21% - 11 432,72 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,66% - 19 725,65 bəndədək, Hang Seng 0,93% - 28 136,29 bəndədək, Shanghai 0,10% - 4 472,36 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 7,70 dollar azalaraq 1 202,30 dollara, gümüş isə 0,20 dollar ucuzlaşaraq 16,50 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR