Bakı. Şəhriyar Əlizadə - APA. Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 17-də Samux rayonunun Çobanabdallı kənd sakini Fərman Hüseynov iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.