Bakının kirayə mənzil bazarında ucuzlaşma davam edir - TƏHLİL

Bakının kirayə mənzil bazarında ucuzlaşma davam edir  - <span style="color: red;">TƏHLİL
# 27 aprel 2015 08:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Bakının kirayə mənzil bazarında aktivlik səviyyəsinin nisbətən aşağı düşməsi, ümumilikdə kirayə mənzillərin qiymətlərinin enməsi ilə nəticələnib.

Bu barədə “APA-Economics” paytaxtın kirayə mənzil bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun ötən ay üçün apardığı araşdırmaya istinadən xəbər verir.

Belə ki, manat ilə ifadədə qiymət 665 manat/mənzil-dən 4% azalaraq 639 manat/mənzil təşkil edib. Baş verən devolvasiya səbəbindən isə dollar ilə ifadədə qiymət 28% azalaraq 848 dollar/mənzildən 609 dollar/mənzil dəyərində qərarlaşıb.


Bazarda əməliyyatların sayı isə 112-dən 5.0% azalaraq 106 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı manatla 5.0% artaraq 8,8 manat/kv.m-dən 9,3 manat/kv.m, dollar ilə isə 21,53% isə 11,24 dollar/kv.m-dən 8,82 dollar/kv.m-ə düşüb. Kirayə mənzil bazarında mart ayında bazara təklif edilən mənzillərin orta otaq və orta sahə göstəriciləri azaldığı halda qiymətlərin manatla ifadədə nisbətən qalxması fevral ayında baş verən məzənnə dəyişməsi ilə izah edilir.

Araşdırmaların aparıldığı son ayda tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1 000 manatdan yuxarı olan) payı 7,6%, ucuz evlərin (aylıq kirayə haqqı 5 00 manata qədər) payı isə ötən fevral ayına nisbətdə 11,8% azalıb. Orta qiymətə olan (500 manat - 1 000 manat aralığında) kirayə evlərinin sayında isə 7,6 % artım qeydə alınıb. Ay ərzində xüsusən də təklif portfelində daha çox orta qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub. Kirayə mənzil bazarında seqmentlər üzrə təklif aşağıdakı kimin olub:

Paytaxtın kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib. Ümumilikdə son ayda kirayə mənzil bazarında təklifin həcmi 6% azalaraq 261 mənzil təşkil edib. Aktivliyin azalması nəticəsində təklif portfelinin də azalmasını normal qəbul etmək olar. Ötən ilin noyabr ayı ərzində təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib.

Qrafikdən göründüyü kimi, kirayə mənzil bazarında 2 və 3 otaqlı mənzillər üstün paya malikdirlər. Bazarda otaqlar üzrə qiymətlər manat ilə ifadədə aşağıdakı kimin olub:


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR