Azərbaycan parlamentinin sədri Əfqanıstan və İraq səfirləri ilə görüşüb

Azərbaycan parlamentinin sədri Əfqanıstan və İraq səfirləri ilə görüşüb
# 07 oktyabr 2015 15:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Mohammad Taqi Xalilini qəbul edib.


Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində əlaqələrimizin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə inandığını bildirib.

Spiker qeyd edib ki, Azərbaycanla Əfqanıstan arasındakı iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur: “Ticarət dövriyyəsinin artırılması günün tələbidir”.

Səfir M. Xalili isə xalqlarımızın tarixən dost və qardaş olduğunu vurğulayaraq, ölkələrimizin bir sıra regional və beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü kimi fəal əməkdaşlıq etdiklərini deyib. O qeyd edib ki, Əfqanıstan Azərbaycanla bütün sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

O. Əsədov həmçinin ölkəmizdə diplomatik fəaliyyətini başa vurmaqda olan İraq səfiri Heydər Şiyə Əl-Bərrakı ilə görüşüb. O, səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək, bunun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını bildirib. Səfir isə Azərbaycandan xoş təəssüratla ayrılacağını qeyd edib.

Görüşdə regiondakı ictimai-siyasi vəziyyət, bölgədəki münaqişələrin aradan qaldırılması və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR