Ellada Məmmədli: “Siyasi mühacir adı ilə Avropaya gedən şəxslərə verilən partiya biletlərində Arif Hacılının imzası var”

Ellada Məmmədli: “Siyasi mühacir adı ilə Avropaya gedən şəxslərə verilən partiya biletlərində Arif Hacılının imzası var”
# 08 may 2015 11:04 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Qadınlar Birliyinin sədri, Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli deyib.

E. Məmmədli bildirib ki, reportajı oxuduqdan sonra Ləman Talıbovanın məsələsi ilə maraqlanıb: “Belə məlum oldu ki, Ləman Talıbova vaxtilə Avropa ölkələrindən birinə gedib, ancaq ona həmin ölkədə qalmağa icazə verməyiblər. Ona deyilib ki, yalnız siyasi mühacir kimi Avropada yaşaya bilər. Sonra Azərbaycana qayıdıb, hansı vasitə ilə, necə Müsavat Partiyasına üzv olub, bunu dəqiqliklə özü bilir. Bu xanım 2013-cü ildə Müsavat Partiyasına daxil olub, elə həmin ildə də Avropaya yollanaraq özünü siyasi mühacir kimi təqdim edib. Partiyanın istər keçmiş, istərsə də indiki rəhbərliyi ilə şəkilləri var. Müsahibəsində iddia etdiyi kimi, onun mitinqlərdə döyülməsini, təhqir olunmasını biz müsavatçılar, o cümlədən şəxsən mən heç vaxt görməmişik. Ləman Talıbovanın söylədikləri çox pafoslu və şişirtmədir. Müsavatçılar bir-birinə sual etdilər ki, Ləman Talıbovanı partiyada, mitinqlərdə kim görüb, həqiqətənmi sıralarımızda olub? Bu cür şəxslərə verilən partiya biletlərinin surəti xaricdən bizə də göndərilir. Belə partiya biletləri qurultaya qədər partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının imzası ilə verilib”.

E. Məmmədli onu da qeyd edib ki, son vaxtlar partiyada sıravi üzvlərə partiya bileti verilmir: “Tanımadıqları adama birdən-birə bileti necə verirlər? Yəqin ki, bunun qarşılığı var. Çünki yerlərdə sıravi üzvlər var ki, hələ də biletlə təmin olunmayıblar. Son illər partiyaya gələn insanların çox az hissəsində partiya bileti görmək olar”.

Müsavat başqanının müavini Elman Fəttah isə Müsavat Partiyasında siyasi mühacir kimi xarici ölkələrə getmək istəyənlərə partiya bileti verilməsi, bu sahədə alver olması barədə fikirlərin böhtan olduğunu söyləyib: “Bu fikirləri kimin səsləndirməsindən asılı olmayaraq, böhtandır. Ləman Talıbovanı da tanımıram, bizim maraq dairəmizdə deyil. Kimlərsə araşdırmaq istəsə, araşdıra bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR