Yuanın məzənnəsi 21 aylıq minimumu yeniləyib

Yuanın məzənnəsi 21 aylıq minimumu yeniləyib
# 20 iyun 2016 09:20 (UTC +04:00)

Bakı - APA-Economics. Çinin milli valyutasının məzənnəsi 2014-cü ilin oktyabr ayının səviyyəsinə enib.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yuanın kəskin ucuzlaşmasına səbəb birja iştirakçılarının Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından ("Brexit") narahat olması ilə əlaqədardır.

Bugünkü ticarət sessiyasının açılışında yuan 0,3% ucuzlaşaraq iki həftə ərzində ən ciddi azalma nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR