Qusarda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib

Qusarda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib
# 04 iyul 2014 16:23 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Qusar şəhərində “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, konfransda çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş ictimai təhlükəsizlik idarəsinin profilaktik işin təşkili idarəsinin rəisi, polis polkovniki Əziz Baqişev bildirib ki, Azərbaycan qonşu dövlətlər arasında dini və milli tolerantlıq baxımından liderdir. O qeyd edib ki, ölkədə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görülür.

Qusar rayon Polis Şöbəsinin rəisi Arif Əsədov çıxışında rayon ərazisində hər bir şəxsin konstitusion hüquq və azadlıqlarının, o cümlədən dini etiqad və əqidə azadlıqlarının tam təmin olunduğunu, qanunvericiliyin tələblərini pozanlara qarşı isə ciddi mübarizə aparıldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR